Bakı Fond Birjasında 2020-ci ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 6,033,430,785 manat təşkil etmişdir. 2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 8,682,804,172 olmuşdur.
Nəticə olaraq, 2020-ci ilin yanvar-iyul ayları üzrə Mərkəzi bank qiymətli kağızları üzrə yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 111%, repo əməliyyatları üzrə isə 24% böyümə qeydə alınmışdır.
2020-ci ilin iyul ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 2,593,005,079 manat təşkil etmişdir.
"Kommersnat.az" Bakı Fond Birja üzvlərinin dövriyyə göstəriciləri üzrə cədvəli təqdim edir.