Azərbaycanda istehlak krediti əksər banklrda 2020-ci ilin ikinci rübü ərzində kiçilib.
"Kommersant.az" bu barədə bankların təqdim etdiyi rəqəmlərə istinadən xəbər verir.
Ölkədə koronavirus pandemiyası səbəbindən aprel, may və iyun aylarında sərt karantin rejmi tətbiq edilib. Bu rejmin tətbiqindən əlavə ölkə banklarının mütləq əksəriyyəti fərdi şəxslərə istehlak (nağd və s) krediti dayandırması və hökumətin onlardan real sektora yönəlməsinə tövsiyyələri bu portfelə əsaslı təsir etməsinə səbəb olub . Bu səbəb də 19 bank istehlak kredtininin həcmini azaldıb və yalnız 5 bankda istehlak krediti böyüyüb.