2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 715,9 milyon manatlıq xidmət göstərib ki, onun da 72,1 faizi əhali tərəfindən istehlak olunub.
"Kommersant"ın məlumatına görə, 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,3 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 48,8 faizi və ya 349,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.