USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar və Yen bahalaşır, Avro ucuzlaşır

18.06.2018 Bank
0 0
Dollar, investorların nəzərlərinin Fed və digər iri mərkəzi banklarının yürütdüyü siyasət arasında artan fərqə çevrilməsilə ötən həftədən bahalaşır.

ABŞ və Çin arasındakı ticarət gərginliyinin artması "etibarlı liman" alətlərinə olan tələbatı artırıb. Yen, bütün inkişaf etmiş ölkə valyutaları qarşısında dəyər qazanıb. Avro isə Almaniyada koalisiya hökuməti içərisindəki miqrasiya siyasətinə dair gərginliyə bağlı olaraq zəifləyib.

Bakı vaxtı ilə saat 10:00-da, Dollar/yen məzənnəsi 0.2%-lik bir azalma ilə 110.45-ə düşərkən, Avro/yen məzənnəsi 0.3 faiz geriləyərək 128.09-a düşüb. Avro/dollar isə 0.3 faiz zəifləyib və 1.1579 səviyyəsindən əməliyyat olunub.