İsveçrənin Atupri Health sığorta şirkəti kriptovalyuta ilə sığorta ödənişlərini qəbul etməyə başladı
"Kommersant.az" xəbər verir ki, 120 illik tarixi olan İsveçrənin ən böyük sığorta şirkəti Atupri Health 200 min müştərisinin kriptovalyutalarla, yəni Bitcoin və Ethereumla da sığorta ödənişləri edə biləcəklərini açıqladı.
Atupri Health İsveçrədə kriptovalyutaları qəbul edən ilk sığorta şirkəti olduğunu iddia edir.
Sığortaçı etdiyi açıqlamada ödəmələrin yerli kriptovalyuta şirkəti Bitcoin Suisse vasitəsilə ediləcəyini bildirib.
Şirkət özü kriptovalyutalarla məşğul olmayacaq. Onların hesabına yalnız Bitcoin Suisse tərəfindən köçürüləcək konvertasiya edilmiş pul oturacaq.