USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Dollar kəskin ucuzlaşacaq"

03.09.2020 Bank
0 0
"Gələn il ABŞ dolları avroya qarşı 36 faiz ucuzlaşaraq on ildən artıq əvvəlki vəziyyətə qayıdacaq".

"Kommersant.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "A.G.Biset Associates" valyuta və sərmayə tədqiqatları şirkətinin baş direktoru Ulf Lindahl bildirib.

Son 27 ayın ən aşağı səviyyəsində olan, bu ilin pik nöqtəsindəkinə nisbətən əsas tərəf müqabillərinə qarşı 11 faizədək ucuzlaşan ABŞ dollarının çox böyük hərəkətinin başlanğıcda olduğu, nəticədə bir çox sərmayədarların öz vəsaitlərini ABŞ qiymətli kağızlarında saxlamaqdan daşına biləcəyi qeyd olunub.

Əmtəə Fyuçersləri Ticarət Komissiyasına görə hedc fondlarının dollara qarşı mərcləri son on illik müddətin ən yüksək səviyyəsinə çatıb. Hazırda "Bank of Amerika"nın "Global Research" qrupundakı fond menecerlərinin 36 faizi ilin ikinci yarısında əsas valyuta satışları üçün dolların yerini ixtisar ediblər.

Sərmayədarların bir çoxunun qənaətincə, ABŞ-dakı iqtisadi tənəzzül, faiz dərəcələrinin azalması, pandemiyanın fəsadlarına qarşı tətbiq edilən müxtəlif yardım və dəstək proqramları nəticəsində büdcə kəsirinin artacağı ehtimalları üzündən dollar daha da ucuzlaşacaq. Bəzi ekspertlərə görə dolların məzənnəsi hazırda həqiqi həddən 10 faiz yuxarı saxlanılır.

Bununla belə Nyu-Yorkda yerləşən "BlackRock" qlobal sərmayə şirkətinin baş sərmayə direktoru Rik Rayderə görə dünya ticarətinin hələ də ABŞ valyutasına çox bağlı olması dolların daha da tənəzzülə yuvarlanmasının qarşısını alacaq.Report