"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoruna müşavir təyin edilib.
"Kommersant.az" xəbər verir ki, bu vəzifə jurnalist Məmməd Ağayevə həvalə olunub.
O, bundan əvvəl "Kommersant.az" xəbər portalında baş redaktor, "ARB 24" televiziya kanalında "Sığorta vaxtı" verilişinin redaktoru kimi fəaliyyət göstərib.
M.Ağayev Azərbaycanın ilk müstəqil tələbə qəzetinin ("Student TIMES") təsisçisi və baş redaktoru, ölkənin ilk tələbə jurnalistlər təşkilatı olan "Gənc Reportyorlar" İctimai Birliyinin təsisçisi və rəhbəri olub.