USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşçilər bu sığorta növünü tələb etməlidirlər - ASA-dan xəbərdarlıq

18.09.2020 Bank
0 0
Hər il iş yerlərində yüzlərlə insan peşə fəaliyyətini yerinə yetirərkən bədbəxt hadisələrlə üzləşir.

ASA-nın məlumatına görə, baş verən risklər işçilərin sağlamlığına zərər yetirməklə yanaşı, hətta ölüm halları ilə də nəticələnir. Bu isə işəgötürlənlərin işçilər qarşısında məsuliyyətinin yaranmasına gətirib çıxarır. Bu gün çox sayda peşə yüksək risk ehtiva edir. Lakin yüksək təhlükə təşkil edən bu peşələr üzrə fəaliyyət göstərən bir qism müəssisələrdə müəyyən edilmiş təhlükəsizlik tədbirləri görülmür. Bu isə hadisə baş verdiyi zaman onun fəlakətlə nəticələnməsinə səbəb olur. Nəticədə sığorta halı yaranmış olur.

Qanunvericiliyə əsasən, işəgötürənlər tərəfindən işçilərin iş yerlərində baş verə biləcək hadisələrdən sığortalanması prosesi icbari qaydada həyata keçirilir. Bu sığorta növü"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" adlanır. Sığortanın bu növünün olmaması halında tərəflər məsuliyyət daşıyır. Bu səbəblə hər bir işçi işəgötürən ilə müqavilə bağladığı zaman sığortanın bu növünün olmasını mütləq şəkildə tələb etmək hüququna sahibdir.

Adı çəkilən sığorta növü üzrə tariflər 14 risk qrupu üzrə müəyyən edilir.Bölgüyə əsasən, ən təhlükəsiz olan maliyyə, hüquq, humanitar və s.sahələr, ən təhlükəliləri isə mədənçıxarma, tikinti, kimyəvi məhsulların istehsalı və s. bu kimi sahələr müəyyən edilib.

Yuxarıda da qeyd etdiyimiz kimi, adı çəkilən növ icbari olaraq tətbiq olunduğu üçün işəgötürənlərişçiləri peşə fəaliyyəti zamanı başına gələ biləcək bədbəxt hadisələrdən sığortalamağa borcludurlar. Sığortanın bu növü istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.

Bu növ üzrə statistik hesabata nəzər salaq. Belə ki, 2020-ci il yanvar-iyul aylarında ötən ilin analoji dövrü ilə müqayisədə yığımlar 20%-ə qədər artıb. 2020-ci ilin böyük bir hissəsini işçilər COVID-19 pandemiyası nəticəsində tətbiq olunan sərt karantin qaydaları səbəbilə evdən işlədiklərinə görə risk dərəcəsi və hadisələrin baş vermə tendensiyası azalıb.Nəticədə müvafiq növ üzrə ödənişlərdə ötən ilin eyni dövrü ilə müqayisədə 17% azalma qeydə alınıb.

Qeyd edək ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta"nın aktuallığı və vacibliyi nəzərə alınaraq bu növ artıq ötən ildən etibarən tam olaraq elektronlaşdırılıb. Bu da işəgötürən tərəfin işçini müvafiq növ üzrə tez bir zamanda sığortalamasına və ya sığortanı yeniləməsinə şərait yaradır.