USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu bankın internet səhifəsi işləmir

19.06.2018 Bank
1 0
Bu gün "Günay Bank"ın rəsmi saytına daxil olmaq olmur

"Kommersant" xəbər verir ki, əmanətçilərə aid 100 milyon manata yaxın vəsaitin mənimsənilməsində ittiham olunan "Günay Bank"ın rəsmi internet sehifəsinin işində bu saatlarda problemlər yaranır. Belə ki, saytın əksər bölmələri işlək deyil.

Məsələyə aydınlıq gətirmək üçün bankın baş ofisi ilə əlaqə saxladıq. Bildirdilər ki, bankın rəsmi internet səhifəsində texniki yenilənmələr həyata keçirildiyi üçün saytın müxtəlif bölmələrinə daxil olmaqda problemlər yaranır. Bankdan aldığımız məlumata görə, sayt sabahdan normal olaraq işləyəcək.