Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) İdarə Heyəti işğal altında olan torpaqlarımızın azadlığı, vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul edib və həmin vəsaiti köçürüb.
"Kommersant.az" xəbərt verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov bir aylıq əmək haqqını fonda ianə edib. AMB əməkdaşları da bu könüllü tədbirdə fəal iştirak edirlər.