“Ata Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (ADIF) Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
"Kommersant.az" xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının da maraqlı şəxs kimi çıxış etdiyi bu ərizə “təhvil-təslim aktlarının təsdiq edilməsi” ilə əlaqədar olduğu bildirilir.
Əldə olunan məlumata görə, ADIF-in bu ərizəsi 7 oktyabr 2020-ci il tarixində təmin edilib.
Xatırladaq ki, Mərkəzi Bank tərəfindən “Ata Bank” ASC-nin lisenziyası 2020-ci ilin aprel ayında geri çağırılıb, bank ləğv olunmuş hesab edilib.