USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkədə ipotekanın orta faiz dərəcələri düşüb

13.10.2020 Bank
0 0
Azərbaycanda 2020-ci ilin ilk səkkiz ayı ərzində 26 mln. manat banklar tərəfindən və 23.7 mln. manatı isə İKZF tərəfindən təqdim edilən yenidənmaliyyələşmə kreditləri təşkil edib.

"Kommersant.az" xəbər verir ki, banklar tərəfindən verilən ipoteka kreditləri öncəki 33 faiz azalıb, lakin faizlər düşüb.

Bundan əlavə 1 sentyabr 2020-ci il tarixinə ölkədə ipoteka kreditlərinin orta faiz dərəcəsi 6.39% təşkil edib. Bu isə son bir ayda 0.02%, ilin əvəli ilə müqayisədə 0.05% və son bir ildə isə 0.1% bəndi düşüb.

Cari il ərzində bu 3-cü dəfə baş vermiş enişdir. Belə ki cari ilin yanvarında faiz dərəcələri 0.01% bəndi azalmaqla orta faiz dərəcəsi 6.42% təşkil edib. Bu orta statitik göstərici fevral-iyun aralğında müşahidə edilmiş, sonradan isə daha 0.01% bəndi düşərək 6.41% təşkil edirdi.