USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BVF Azərbaycanda işsizlik üzrə proqnozunu yeniləyib

14.10.2020 Bank
0 0
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda işsizlik üzrə yenilənmiş proqnozunu artırıb.

BVF-nin "World Economic Outlook" hesabatının oktyabr buraxılışının verdiyi məlumata görə, 2020-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 6,5% təşkil edəcək, 2021-ci ildə isə azalaraq 5,8%-ə bərabər olacağı gözlənilir.

Fondun 2020-ci və 2021-ci il üçün işsizlik üzrə iyun proqnozu 5%-ə bərabər idi.

Xatırladaq ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 81,3 min nəfər olub.