USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank sektorundakı vəziyyət sığorta sektoruna təsir edib

20.06.2018 Bank
0 0
"Azərbaycanın reytinqi ötən ilə nisbətən yaxşılaşaraq "Mənfi"dən "Sabit"ə dəyişib".

"Kommersant" xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq sığorta konfrasında "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyinin assosiativ direktoru Yekaterina Tolstova deyib.

O, həmçinin əlavə edib ki, Azərbaycanın aktivlərinin əsasən Dövlət Neft Fondunun (ARDNF) nəzarətində olması onun əsas üstünlüyüdür.

Yerli sığorta bazarındakı vəziyyətə toxunan S&P rəsmisi deyib ki, Azərbaycanın əksər sığorta şirkətlərinin sahibləri banklardır. Onların devalvasiya nəticəsində üzləşdiyi problemlər sığorta sahəsinə təsirini göstərib: "2013-2017-ci illərdə Azərbaycanda sığorta gəlirləri ABŞ dolları ilə ifadədə 38% azalıb, Azərbaycan manatı ilə ifadədə isə 37% artıb. Bu isə təbii ki, milli valyutanın mövqeyi ilə bağlıdır".