USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Yelo Bank" Qarabağı Azərbaycan torpaqları kimi tanımır - FOTO

21.10.2020 Bank
0 0
“Yelo Bank” ölkəmizin həssas dönəmində xalqa qarşı üzrü belə olmayacaq hörmətsizlik edib.

"Kommersant.az" xəbər verir ki, bankın rəsmi internet saytında https://www.yelo.az/az/contacts#contact-us Azərbaycan xəritəsini yerləşdirib. Yerləşdirilən xəritədə düşmən işğalında olan Qarabağın adı erməni dilində də yazılıb. Hətta bəzi kəndlərin adı bizim köklü, yerli adlarımız qaldığı halda, cənab Ali Baş Komandanın diliylə desək, ermənilərin dəyişdirdiyi saxta adlarla yerləşdirilib. Bu isə cəmiyyət arasında birmənalı qarşılanmayıb. Xüsusilə cəbhədə ikinci Qarabağ müharibəsinin getdiyi bir vaxtda xalqa qarşı belə səhv və ya laqeydlik bağışlanmazdır. Üstəlik qeyd edək ki, hər gün neçə-neçə oğullarımızın qanı hesabına bu torpaqlardan çoxu artıq işğaldan azad edilib və “Google” şirkətinə məxsus xəritədə də bu tanınıb, adlar dəyişdirilib. Millət olaraq bütün dünyada birlik göstərdiyimiz halda, yerli bank strukturumuzun bu davranışı sözügedən banka qarşı qəzəb yaradıb.

Qeyd edək ki, "Yelo Bank" ASC-nin səhmlərinin 4,22%-i fiziki şəxsə, 0,10% -i İSR Holdinq MMC -ə, 95,68%-i isə Topaz İnvetment Limited MMC-ə məxsusdur.