USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Günay Bank ASC barəsində gedən əsassız iddialar qarşısında bir daha haqlı çıxdı

25.10.2020 Bank
0 0
Son dövrdə sosial şəbəkələrin səhifələrində hazırda Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən Həsənov Mətləb Əli oğluna kredit müqaviləsi əsasında məxsus olan avtomobilin "Günay Bank" ASC tərəfindən cərimə meydançasına qoyulduğu barədə dezinformasiyaya rəsmi olaraq cavab bildiririk ki, bank ilə qeyd olunan vətəndaş arasında hər hansı kredit müqaviləsi bağlanmadığından bu mümkün deyildir.

"Kommersant.az" xəbər verir ki, banka dair əsassız iddiaların, ünvanlanan nalayiq ifadələrin və belə bir həssas dövrdə "Günay Bank" ASC ilə bağlı mənfi ictimai rəyin yaranmasının qarşısının alınması məqsədilə məsələni özümüz araşdırmalı olduq.

Məlum oldu ki, Həsənov Mətləb Əli oğlu Günay Bank ASC-nin deyil bankın korporativ müştərisi olan "Günay Finance" şirkətinin müştərisidir.

Məlum olmuşdur ki, Həsənov Mətləb Əli oğlunun kredit borcları iyul, avqust və sentyabr ayları ərzində ödənilmədiyindən avtomobil 25 sentyabr 2020-ci il tarixində şirkət əməkdaşları tərəfindən deyil, AR DYP işçiləri tərəfindən cərimə meydançasına qoyulmuşdur.

Son olaraq qeyd edirik ki, heç bir sübutu olmayan bu məsələnin, hər zaman Ordumuzun, o cümlədən onun hər bir əsgərinin yanında olan "Günay Bank"ASC-yə zərrə qədər də aidiyyəti yoxdur və ümumiyyətlə Bank avtokedit xidmətini həyata keçirmir.