Azərbaycan Mərkəzi Bankının vəsait cəlbi üçün keçirdiyi depozit hərracına tələb təklifi 6 dəfə üstələyib.
"Kommersant.az" xəbər verir ki, 26 oktyabrda Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 633 mln. manat olub. Halbu ki, AMB banklardan cəmi 100 mln. manat cəlb etməyi planlamışdı.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdir.