Türkiyənin Mərkəzi Bankı lirənin (TRY) möhkəmlənməsi üçün faiz qərarlarının nəticəsiz qaldığından cari ilin sonuna inflyasiya proqnozunu 3 faiz bəndindən çox artırıb.
İstehlak qiymətləri cari ilin sonuna 12.1% olacağı proqnoz edilir. Halbuki, öncəki proqnozda 8.9% inflyasiya ilin bitəcəyi proqnoz edilirdi.
Türkiyə Mərkəzi Bankının (TCMB) sədri Murat Uysal həftənin çərşənbə günü bildirib ki, requlyator inflyasiya proqnozlarını yaxşılaşdırana qədər dar maliyyə siyasətini qoruyub saxlayacaq. O xəbərdarlıq edir ki, zəif lirə qiymət sabitliyinə riskdir. Bloomberg deyir ki, TCMB-nin sədri danışarkən qeyd edib ki, ölkənin milli valyutası bir qədər də dəyər itirib.
"Qarşıdakı müddətdə, qiymət artımlarını monitorinq etməklə inflyasiyaya nəzarət etməklə faiz dəhlizində bütün lazımı addımları ata bilərik" deyə, Uyusal deyir.