USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklarda ABŞ valyutasında 8 milyardlıq depozit

29.10.2020 Bank
0 0
Mərkəzi Bank cəmi depozit bazasının valyutalar üzrə strukturunu açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, 2020-ci ilin oktyabr ayının 1-nə banklardakı 22 milyard 495.1 milyon manat depozitin 12 milyard 950.2 milyon manatı xarici valyutadadır. Bu məbləğ bugünkü məzənnə ilə təxminən 7 milyard 622 milyon dollardır.

Depozitlərin 9 milyard 545 milyon manatı milli valyutadadır. Bunun 2 milyard 988 milyon manatı müddətli depozitlərdir. Xarici valyutada isə müddətli depozitlər 6 milyard 751 milyon manat təşkil edir.

Sentyabrda manatla müddətli depozitlər 96.2 milyon manat artıb, xarici valyutada depozitlər isə 476.7 milyon manat azalıb.