Dünya maliyyə bazarlarında bugünə kimi 2018-ci il ərzində əlavə bir faiz artımı gözləntiləri güclü idisə, bu gözləntilər artıq iki faiz artımına çatıb.
Dünya valyuta birjalarında avro, funt sterlinq və digər aparıcı valyutaların dollara nisbətən məzənnələrinə qarşı təzyiqlər çərşənbə günü Amerika Mərkəzi Bank sədrinin çıxışından sonra daha da artıb.
Avro 1.14, funt 1.30$-a kimi ucuzlaşa bilər
Beləliklə, Amerikada ilin sonuna kimi əlavə iki faiz artımı gözləntilərinin güclənməsi EUR/USD və GBP/USD məzənnələrinin də müvafiq olaraq 1.14 və 1.30$-a kimi ucuzlaşa biləcəkləri proqnozlarının güclənməsinə səbəb olub. Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq İngiltərə Mərkəzi Bankının faiz qərarı da investorların diqqət mərkəzindədir.
Qızılın qiymətində sürətli ucuzlaşma
Əlvan metallar bazarlarında isə qızılın qiymətində ucuzlaşma daha sürətlidir. Belə ki, artıq qızılın bir unsiya üzrə qiyməti 1264$-a kimi 3%-dən çox ucuzlaşaraq, son yarım ilin minimum səviyyəsində ticarət ediləməkdədir. Təhlillərə əsasən, qiymət 1263$-ı da aşağı istiqamətdə qıraraq, altında qalarsa, 1258 və 1244$-a kimi də ucuzlaşa bilər.