USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yelo Bank” Qarabağda döyüşə yollanan əsgəri məhkəməyə verdi - FOTO

19.11.2020 Bank
0 0
“Yelo Bank” ön cəbhədə döyüşən əsgərimiz Ayaz Məmmədlini məhkəməyə verib.

Bu barədə mətbuata əsgərin qardaşı Heydər Məmmədli məlumat verib. O bildirib ki, getdiyi gündən bəri sadəcə 2 dəfə yaxınları ilə danışmaq şansı tapan Ayazın cəbhə bölgəsində olduğu bankın məsul şəxslərinə bildirilisə də, 2 ay kredit borcunu gecikdirdiyi üçün qardaşını məhkəməyə veriblər.

Ayaz Məmmədli məsələnin həll yolunu tapacağına ümid edib:

"Mən cəbhəyə könüllü yollanmaq üçün müraciət etmişdim. Müraciətimə əsasən döyüşlərin başladığı ilk tarixdən etibarən cəbhə bölgəsinə göndərildim. Cəbhəyə döyüşmək üçün, vətənin keşiyində durmaq üçün gəlmişəm. Heç qohumlarımın əksəriyyəti də bilmir ki, mən döyüşdəyəm. Evdəkilər mənə xəbər verdi ki, bankdan zəng ediblər. Daha sonra ailəmdən bank əməkdaşlarına bildiriblər ki, cəbhə bölgəsindəyəm və onlar da öz növbələrində deyib ki, heç bir problem yoxdur, hesabı donduracaqıq. Lakin noyabrın 10-da, döyüşlər bitəndən sonra məni məhkəməyə veriblər. Demək ki, onlar məni məhkəməyə vermək üçün döyüşün bitməsini gözləyiblər. Bu nə dərəcədə düzgündür? Belə çıxır ki, mən şəhid olsaydım borcumu bağlayacaqdılar? Düzdü, hamı kimi mən də istərdim ki, borcumu tamamilə silsinlər amma bunu da etmirlərsə heç olmasa borcumun üstünə faiz gətirməsinlər. Hal-hazırda ölkəmizdə bütün insanlar əl-ələ verib dövlətimiz üçün həmrəylik sərgiləyir. Belə bir vaxtda bankın məni məhkəməyə verməsini doğru hesab etmirəm. İnanıram ki, məsələ öz həllini tapacaq və bankın rəhbərliyi mənə qarşı anlayışlı addım atacaq" deyə Ayaz Məmmədli bildirib.Moderator