USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlin ən böyük sığorta tədbiri – Beynəlxalq Sığorta Konfransı keçirilib

21.06.2018 Bank
0 0
20 – 21 iyun 2018-ci il tarixlərində Azərbaycan Sığortaçılar Assosiasiyası, Ruminiyanın Xprimm Media şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi dəstəyi ilə “Azərbaycanda sığorta – Yeni prespektivlər” adlı sığorta konfransı baş tutub. Konfrans sığorta bazarının konsolidasiyası, dinamik inkişaf, yeni icbari sığorta növləri, bazardakı islahatlar və yeniliklərə dair mövzulara həsr olunub.

18 ölkədən 185 nəfərin qatıldığı konfransda Milli Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı Direktoru, Azərbaycan Dövlət İqtisad
Universiteti, Azərbaycan Dövlət Neft və Sənayə Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, o cümlədən, sığorta və təkrarsığorta şirkətləri, həmçinin, İcbari Sığorta Bürosu, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası, Azərbaycan Risk Peşəkarları Assosiasiyaları və Audatex Azərbaycan şirkətinin rəhbər şəxsləri iştirak edib.

Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Çex Respublikası, Böyük Britaniya, Belarus, Hollandiya, Almaniya, Gürcüstan, Ruminiya, Qazaxıstan, Albaniya, İsrail, Latviya, İspaniya, Ukrayna, Polşa və İranın sığorta və təkrarsığorta şirkətləri, eləcə də, əlaqəli qurumlarının nümayəndələri və sığorta sahəsində ixtisaslaşmış ekspertləri, həmçinin, Türkiyə TARSİM (Kənd təsərrüfatı sığortaları hovuzu) sistemi, Solera Şirkətlər qrupunun Fransa nümayəndəliyi, Gürcüstan Dövlət Sığorta Nəzarəti orqanı, nüfuzlu reytinq agentliklərindən olan A.M Best və FİTCH Ratings agentliklərinin nümayəndələri, Russian Re, Polish Re,
Barents Re kimi tanınmış təkrarsığorta şirkətləri, ölkəmizin və dünyanın aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri, həmçinin, Belarus Sığorta Assosiasiyası konfransa iştirakçı qismində qatılıb.

Konfransın açılış mərasimində Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov, Milli Məclisin İqtisadi Siyasət, Sənayə və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli nitq söyləyib. Çıxışlarda sığorta maliyyə sektoru və bütövlükdə ölkə iqtisadiyyatındakı əhəmmiyəti vurğulanıb.Eyni zamanda, sığorta sektorunun inkişafını dəstəkləyən beynəlxalq və regional konfransların bu sahəyə qatdığı dəyərlərin əvəzedilməz olduğu qeyd edilib.

İki gün davam edəcək tədbirdə "Azərbaycan sığorta bazarındakı makroiqtisadi trendlər və onun regional sığorta sektoruna təsiri", "İcbari sığortaların tətbiqi və mikrosığorta", "Rəqəmsallıq və onun istehsalçılar və istehlakçılar üçün riskləri", "Katastrofik modelləmə", "Kənd təsərrüfatı sığortası" kimi mövzular üzrə məruzəçilər çıxış edəcək və interaktiv panellər baş tutacaqdır.

Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə yerli sığorta bazarının inkişafının dəstəklənməsi məqsədilə daha əvvələr də beynəlxalq tədbirlər təşkil olunmuşdur.