USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lisenziyası ləğv edilmiş şirkət ödənişlər həyata keçirir

21.06.2018 Bank
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC tərəfindən hazırda üçüncü növbə kreditor tələbləri üzrə ödənişlər həyata keçirilir.

Bu barədə "Kommersant"a Palatadan bildirilib.

Aktivlərin məhdud olması səbəbindən ləğvetmə komissiyası tərəfindən "Sığorta fəaliyyəti haqqında" Qanunun tələblərinə uyğun olaraq ödənişlərin kreditor tələblərinin mütənasib olaraq 23 faizi həcmində ödənilməsi qərara alınıb.

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə "Alfa Sığorta" ASC müflis elan edilmiş və onun iflası proseduruna başlanılmışdır. Bu müddət ərzində ləğv prosesində olan "Alfa Sığorta" ASC-nin kreditorlarının tələblərinin reyestri tərtib edilmiş və məhkəmə tərəfindən təsdiq edilmişdir. Məsələyə yekun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmışdır. Hazırda sığorta şirkətinin ləğvetmə prosesi davam edir.