2020-ci ilin oktyabr ayında Azərbaycanda banklar tərəfindən 2 655 bankomat quraşdırılıb. Ötən ilin müvafiq dövründə isə quraşdırılan bankomatların sayı 2 612 olub.
"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Cari ilin sentyabr ayında isə cəmi bankomatların sayı 2 640 olub. Belə ki, aylıq müqayisədə 15 yeni bankomat quraşdırılıb.
Bakıda oktyabrda bankomatların sayı 1 392, regionlarda isə 1 263 olub. İllik müqayisədə Bakıda bankomatların sayı 0.7% azalıb, regionlarda olan bankomatların sayı isə 4.4% artıb.