Bu ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminata ayırmalar 6,6% artırılaraq 2 milyard 343 milyon 470 min manata çatdırılacaq.
Bu, "2018-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsində nəzərdə tutulub.
Sənədə əsasən, artım sosial müdafiə xərclərinin 145 milyon 865 min manat və yaxud 6,7% artırılaraq 2 milyard 163 milyon 420 minmanat olması hesabına planlaşdırılır.