USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Express Bank”ın azalan - "D vitamini"

14.12.2020 Bank
0 1
“Express Bank”ın kredit və depozit portfeli 2019-cu ilin 4-cü rübündən etibarən əriməyə başlayıb.

“Kommersant.az” xəbər verir ki, bankın müştərilərə veridiyi kreditlər 1 il ərzində 2 mln. 661 min manat azalıb. Bundan başqa bankın "D vitamini"ndə də kəskin azalmalar müşahidə edilib. Müştərilər bankda olan depozitlərini geri çəkərək bankın depozit portfelində ciddi azalmaya səbəb olublar. 2019-cu ilin 4-cü rübündə 174 mln. 220 min manatlıq depozitə sahib olan “Express Bank” cari ilin 3-cü rübündə 112 mln. 820 min manatlıq müştəri depozitnə malik olub. Bu isə 61 mln. 400 min manatlıq azalma deməkdir.

Qeyd edək ki, Bu dövrlərdə sözügedən banka Mehman Məmmədov sədrlik edib. O,2019-cu ilin sentyabr ayından etibarən “Express Bank”da İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edib. Hazırda isə həmin bankın İdarə Heyətinin sədridir.

Express Bank

2019 (IV Rüb)

2020 (I Rüb)

2020 (II Rüb)

2020 (III Rüb)

Kredit

223,784

232,222

215,815

221,123

Depozit

174,220

147,942

126,276

112,820

Ardı var...