USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti həftə ərzində 3%-dək - BAHALAŞIB

14.12.2020 Bank
0 0
Ötən həftə ərzində (7 – 11 dekabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 50,11 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,22 dollar və ya 2,5% çoxdur.

"Kommersant.az"ın məlumatına görə, ötən həftə ərzində ən yüksək göstərici (IV gün) – 51,70 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 49,21 dollar səviyyəsində olub. Həftə ərzində Azərbaycan neftinin qiyməti 3%-dək artıb.