Sarı rəngə sahib olan “Express Bank”ın gələcəyi, rəngi qədər parlaq olmaya bilər.
“Kommersant.az” bankın hesabatına istinadən xəbər verir ki, “Express Bank” son 1 il ərzində xalis mənfəətini azaldıb. Xəbər verdiyimiz kimi isə bu dövrlərdə bankın İdarə Heyətinin sədri Mehman Məmmədov olub. Bu barədə məlumat verməzdən əvvəl M vitamini azalan bankın D vitaminindən də məhrum qaldığını diqqətinizə çatdırmaq istəyirik.
Bankın xalis mənfəəti ötən ilin 4-cü rübündə 19 mln. 120 min manat olub ki, bu da hazırki rüblə müqayisədə 11 mln. 694 min manat azdır.
Qeyd edək ki, bank ötən ilin 3-cü rübündə 25 mln. 590 min manatlıq mənfəətə sahib olduqdan sonra M.Məmmədov banka sədr təyin olunub.
Express Bank
Xalis Mənfəət
2019 (IV Rüb)
19,120
2020 (I Rüb)
5,858
2020 (II Rüb)
6,641
2020 (III Rüb)
7,426
Qeyd edək ki, "Express Bank"la bağlı təqdim etdiyimiz qısa və dəqiq yazılar hər gün saat 10:00 -da yayımlanacaq.