USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana xaricdən göndərilən pulun həcmi 1,6% - AZALIB

15.12.2020 Bank
0 0
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91.8%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları təşkil edir.

"Kommersant.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki,daxilolmaların 6.7%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 1.5%-i isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 1.6% azalaraq 681.9 mln.$, ölkədən çıxarılan pul
baratlarının həcmi isə 23.2% artaraq 383 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 298.9 mln.$ (21.7% azalma) müsbət saldo yaranıb.