USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin 600 dollar ucuzlaşdı - SON QİYMƏT

23.06.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma qeydə alınıb

"Kommersant" xəbər verir ki, iyunun 23-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 98-i ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 600 dollar və ya 9% ucuzlaşaraq 6072 dollar olub.

Son bir həftə ərzində isə bitkoin 433 dollar və ya 6,65% ucuzlaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Game.com-da(10,10%), ən çox ucuzlaşma isə Bitcoin Diamond-də(20,28%) müşahidə olunub.