USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklarla bağlı mühüm xəbər - 5 il müddətinə...

26.01.2021 Bank
0 0
Ödəmə qabiliyyətini itirmiş banklarla əlaqədar tətbiq edilən vergi güzəştinin məbləği artırılır.

"Kommersant.az"ın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Məcəlləyə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olub.

Dəyişikliyə əsasən, bu müddət artırılır. Layihəyə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 5 il müddətinə azad edilir.