2020-ci ildə əhalinin bank əmanətləri 5,3% - 8 milyard 177,9 milyon manatadək azalıb.
"Kommersant.az" xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 7,9% - 4 milyard 150,8 milyon manatadək və ya bütün əmanətlərin 50,8%-i səviyyəsində azalıb . 2020-ci ilin noyabr ayının sonuna dollarlaşma 52,7% səviyyəsində olub.
2020-ci ildə əhalinin milli valyutada əmanətlərinin həcmi 2,6% - 4 milyard 27,1 milyon manatadək azalıb.
31 dekabr 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 897,1 milyon manat, qeyri-rezidentlərin – 280,8 milyon manat təşkil edir. 2020-ci ildə rezidentlərin əmanətlərinin həcmi 3,7%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 35,3% azalıb.
2020-ci il dekabrın 31-nə banklarda əmanət və depozitlərin həcmi 23 milyard 666,9 milyon manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 4,4% azdır.