USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank “Qarabağ Dirçəliş Fondu”na vəsait köçürüb

28.01.2021 Bank
0 0
Dövlət bankı Azər Türk Bank ölkəmizin işğaldan azad edilmiş ərazilərində bərpa, quruculuq və abadlıq işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin fərmanı əsasında yaradılmış “Qarabağ Dirçəliş Fondu”na 50 000 manat vəsait köçürüb.

Qeyd edək ki, Azər Türk Bank bundan öncə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və Şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış “YAŞAT” Fonduna maliyyə dəstəyi göstərmişdir.