“Qiymət artımından sonra “Azərsu” ASC tərəfindən bütün təhlillər aparılır. Şirkətin bundan sonra gəlirləri 92. 5 milyon manat artacaq”.
Bunu "Azərsu" ASC-nin iqtisadiyyat şöbəsinin müdiri Elçin Camalov bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, bazar iqtisadiyyatının qaydaları var, qiymətlər qalxanda məhsullara tələbat azalır. Ona görə də istehlakın 3-5 faiz azalması gözlənilir.
"Tariflərin artmasından əvvəl "Azərsu" ASC-yə dövlət yardımı ödənilirdi. Qiymət artımından alınan məbləğ istehlakçılara yönəldiləcək. Tariflərin artırılması "Azərsu" ASC-nin büdcədən asılılığını azaldacaq".