Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) arasında “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı I” üzrə 250 milyon dollar məbləğində kreditin ayrılması haqqında saziş imzalanıb.
"Sazişi 2018-ci il iyunun 8-də maliyyə naziri Samir Şərifov və AİB-in Bakıdakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov imzalayıb", - deyə bankdan bildirilib.
Kredit vəsaiti 12 il müddətinə və LIBOR+0.6 faiz dərəcəsi ilə ayrılır.
Xəbər verildiyi kimi, 2017-ci ilin dekabrında bankın Direktorlar Şurası "Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı I" üçün Azərbaycana 250 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiq edib.