Dünya Bankı: "Azərbaycanda aqrar sektor ixracın 77%-ni Rusiya istiqamətində həyata keçirir və bu, zəif cəhətdir"
"Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın səviyyəsi ötən əsrin 60-cı illərrində Latın Amerikası ölkələrindəki məhsuldarlıq səviyyəsindən bir qədər çoxdur".
"Kommersant" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dünya Bankı ilə birgə təşkil etdiyi 3-cü Bilik Sərgisidə beynəlxalq maliyyə qurumunun nümayəndəsi Culian Lampietti bildirib.
"Məhsuldarlığı 3 dəfə artırmaq üçün imkanlar var. Bu baxından rəqəmsal texnologiyaların tətbiqi mühüm rol oynaya bilər. Xüsusilə ət və süd məhsullarının istehsalında potensial daha böyükdür", - deyə o, qeyd edib.
Dünya Bankı rəsmisi Azərbaycanda kənd təsərrüfatı üzrə ixrac potensialının dəyərini də açıqlayıb və bu rəqəmin 1,1 mlrd. ABŞ dolları olduğunu deyib.
Onun sözlərinə görə, aqrar sektor ixracın 77%-ni Rusiya istiqamətində həyata keçirir və bu, zəif cəhətdir: "Yeni bazarlar barədə düşünmək lazımdır".