“Bank BTB” 2019-cu ilin sonunda əldə etdiyi 12milyon manatdan çox yığılmış zərərini mənfəətə keçirə bilməyib. Ramiz Mehdiyevin gəlininə məxsus olan bankın yığılmı zərərini mənfəətə keçirə bilməsi üçün illik xalis mənfəətini artırmalı və balans maddəsində bölüşdürülməmiş məfəətinə əlavə etməlidir. Daha sonra səhmdarların toplantısında bölüşdürülməmiş mənfəət yığılmış zərərdən çıxılmalı və bununla da bankın yığılmış zərəri mənfəətlə əvəz olunmalıdır.
"Kommersant.az" Valyuta.az-a istinadən xəbər verir ki, bank 2020-ci ilin sonunda 9 milyon 130 min manat xalis zərər əldə edib. Buna görə də “Bank BTB”nin yığılmış zərəri daha da artırıb.
Qeyd edək ki, 2019-cu ilin dekabr ayında vəzifədən ayrılan Ramiz Mehdiyevə maxsus bank sabiq aparat rəhbərinin vəzifədə olduğu dönəmdə xalis mənfəət əldə edir, bununla da kapitalını artırırdı. 2020-ci ildən sonra isə bankın xalis mənfəəti azalıb və daha sonra zərərlə əvəz olunub.
Bank BTB
Xalis Mənfəət/Zərər
2019 (IV Rüb)
7,523
2020 (I Rüb)
762
2020 (II Rüb)
-107
2020 (III Rüb)
442
2020 (IV Rüb)
-9,130
Cədvəldə də göründüyü Ramiz Mehdiyev vəzifədən atrıldıqdan sonra bankın xalis mənfəəti 16 milyon 653 min manat azalaraq 9 milyon 130 min manatlıq zərərə düşüb.
Bankın illərdir yığılmış zərəri isə 2020-ci ilin sonunda daha da artıb. Aşağıda qeyd olunan cədvəldə “Bank BTB”-nin illər üzrə yığılmış zərərini görəcəksiniz:
Bank BTB
Yığılmış Zərər
Kapital
2019
12,032
54,418
2018
15,065
51,385
2017
15,034
51,416
2016
15,504
36,496
2015
1,480
50,519
Mənfəət vergisini ödəməyən bankın xalis zərəri 9 milyon 130 min manatdan daha da çox olacaq.
Qeyd edək ki, "Bank BTB" ASC-nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. N. Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Bu məlumat indiyədək təkzib olunmayıb. Rza Sadiq isə bankda Müşahidə Şurasının sədridir.