“Pasha Bank” 2020-ci ilin yekununda xalis mənfəətini artırıb.
“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Pasha Bank”ın xalis mənfəəti 19 mln manatdan və ya 29,5 %-dən çox çox artaraq 84 mln. 252 min manata çatdırıb.
Bankın cəmi aktivləri 745 mln. 571 min manat artaraq 5 mlrd. 513 mln. Manata çatıb. Bunun isə əsasə səbəbi “Pasha Bank”ın müştərilərinə verdiyi xalis kreditlərinin 296 mln. manat artaraq 2 mln. 95 mln manata çatmasıdır.
2019-cu ilin 4-cü rübü ilə müqaysiədə 2020-ci ilin son rübündə bankda olan depozitlərin həcmi 429 mln. 237 min manat artaraq 4 mlrd. 14 mln. manata yüksəlib. Bu da “Pasha Bank”ın cəmi ödhdəliklərinin 4mlrd. 971 mln manata çatmasına səbəb olub.
Bankın cəmi kapitalı 65 mln. 377 min manat artaraq 541 mln. 145 min manatadək yüksəlib.
ƏMƏLİYYAT VƏ XALİS MƏNFƏƏTİ ARTIB
“Pasha Bank”ın xalis faiz gəliri 20 mln. 295 min manat artaraq 175 mln. 78 min manata, qeyri-faiz gəlirinin 18 mln. 623 min manat artaraq 95 mln. 208 min manata, qeyr-faiz xərclərinin isə 18 mln. 623 min manat artaraq 143 mln. 912 min manata çatması bankın əmliyyat mənfəətinin 18.6% artmasına səbəb olub. Belə ki, “Pasha Bank”ın əməliyyat mənfəəti 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2020-ci ilin 4-cü rübündə 19 mln. 967 min manat artaraq 143 mln. 912 min manata çatıb. Bundan başqa bankın xalis mənfəəti19 mln. 212 min manat artaraq 84 mln. 252 min manata yüksəlib.
“Pasha Bank” məcmu kapitalını 65 mln. 558 min manat artıraraq 370 mln. 557 min manata yüksəldib.
Qeyd edək ki, “Pasha Bank”ın səhmlərinin 56,8195%-i “Pasha Holding” MMC-yə, 28,1796%-i “Ador” MMC-yə, 9,9944%-i Arif Paşayevə, 5,0066%-i isə Mir Camal Paşayevə məxsusdur.