“Bank of Baku” və “Uni Bank”ın 2020-ci ilin son rübünə olan hesabatlarına görə adıçəkilən bankların maliyyə göstərcilirərini müqayisə etdik.
“Kommersant.az” analitika saytı olaraq hər iki bankın maliyyə göstəricilərini və arada olan fərqi təqdim dirik:
Maddələr
Bank of Baku
Uni Bank
Cəmi aktivlər
409,563
815,811
Cəmi öhdəlik
333,164
719,045
Cəmi kapital
76,398
96,766
Xalis kreditlər
337,946
477,955
İstehlak kreditləri
229,712
308,339
Biznes kreditləri
94,940
200,587
İpoteka kreditləri
13,292
58,387
Depozit
193,485
522,367
Fiziki şəxlərin depozitləri
171,531
426,250
Hüquqi şəxslərin depozitləri
21,954
96,117
Faiz gəliri
53,602
87,724
Faiz xərcləri
11,644
28,038
Xalis faiz gəliri
41,957
59,686
Qeyri-faiz gəliri
9,397
30,798
Qeyri-faiz xərci
37,827
70,257
Əməliyyat mənfəəti/zərəri
13,527
20,227
Xalis mənfəəti/zərəri
12,672
11,021
Mənfəət vergisi
4,503
335
Məcmu kapitalı
88,043
82,906
Cədvəldən də göründüyü kimi “Bank of Baku” bir çox göstəricilərdə “Uni Bank”dan geri qalıb. Belə ki, “Uni Bank”ın cəmi aktivləri rəqibindən 406 milyon 248 min manat və ya 2 dəfəyə yaxın çoxdur. Bunun əsas səbəbi “Uni Bank”ın müştərilərinə verdiyi xalis kreditlərin həcminin “Bank of Baku”dan 140 milyon 9 min manat və ya 29.2% çoxdur. Müştərilərə verilən kreditlərin bölgüsündə istehlak kreditlərinə görə “Bank of Baku” rəqibindən 78 milyon 627 min manat və ya 25.5%, biznes kreditlərinə görə 105 milyon 647 min manat və ya 52.6%, ipoteka kreditləri isə 45 milyon 95 min manat və ya 77.2% geridədir.
“Uni Bank”ın depozit portfelinin “Bank of Baku” dan 328 milyon 882 min manat çox olması bankların cəmi öhdəliklərində ciddi fərq yaradıb. Belə ki, “Uni Bank”ın cəmi öhdəlikləri “Bank of Baku”dan 385 milyon 581 min manat və ay 2.1 dəfə çoxdur.
“Bank of Baku” cəmi kapitala görə “Uni Bank”dan 20 milyon 368 min manat və ya 21% geridə qalır. Bundan başqa “Uni Bank” “Bank of Baku”nu xalis faiz gəlirinə görə 17 milyon 729 min manat və ya 29.7%,əməliyyat mənfəətinə görə isə 6 milyon 700 min manat və ya 33.1% üstələyə bilib.
2020-ci ilin sonunda “Bank of Baku”nun məmcu kapitalı “Uni Bank”dan 5 milyon 137 min manat və ya 5.8% çox olub.