“Ziraat Bank” və “Yapı Kredi Bank” 2020-ci ilin son rübünə olan hesabatlarına görə adıçəkilən bankların maliyyə göstərcilirərini müqayisə etdik. Hesabatlara görə Türkiyənin dövlət bankı “Yapı Kredi Bank Azərbaycan”dan bir çox göstəricilərdə geridə qalıb.
“Kommersant.az” analitika saytı olaraq hər iki bankın maliyyə göstəricilərini və arada olan fərqi təqdim dirik:
Madələr
Yapı Kredi Bank
Ziraat Bank
Cəmi aktivlər
348,284
298,961
Cəmi öhdəlik
266,360
224,830
Cəmi kapital
81,924
74,130
Xalis kreditlər
107,556
152,562
İstehlak kreditləri
39,578
3,307
Biznes kreditləri
96,280
155,002
İpoteka kreditləri
13,493
0
Depozit
247,983
151,868
Fiziki şəxlərin depozitləri
77,671
74,091
Hüquqi şəxslərin depozitləri
170,312
77,777
Faiz gəliri
32,630
17,486
Faiz xərcləri
1,719
5,998
Xalis faiz gəliri
30,911
9,610
Qeyri-faiz gəliri
12,899
6,703
Qeyri-faiz xərci
26,945
20,509
Əməliyyat mənfəəti/zərəri
16,865
5,804
Xalis mənfəəti/zərəri
1,373
2,111
Mənfəət vergisi
781
527
Məcmu kapitalı
73,771
70,083
Cədvəldə də qeyd olunduğu kimi “Yapı Kredi Bank” cəmi aktivlərə görə Türkiyənin dövlət bankını 49 milyon 323 min manat üstələyib. Buna baxmayaraq “Ziraat Bank”ın xalis kreditləridigər bankdan 45 milyon 6 min manat çox olub. Kreditlərin bölgüsünə görə “Yapı Kredi Bank”ın istehlak kreditləri “Ziraat Bank”dan 36 milyon 271çox olsa da dövlət bankı biznes kreditlərində rəqibini 58 milyon 722 min manat geridə qoyub. Daşınmaz əmlak kreditlərində isə “Ziraat Bank”ın payı olmasa da Qoçailəsinə məxsus bankın (Yapı Kredi Bank Azərbaycanın) ipoteka kreditləri 13 milyon 493 min manat olub.
“Yapı Kredi Bank”ın cəmi öhdəlikləri “Ziraat Bank”la müqayisədə 41 milyon 530 min manat çoxdur. Bunun əsas səbəbi isə Qoç ailəsinə məxsus bankın depozit portfeli “Ziraat Bank”dan 96 milyon 115 min manat çox olmasıdır. “Yapı Kredi Bank”da fiziki şəxslərin ümumi depoziti Türkiyənin dövlət bankından 3 milyon 580 min manat, hüquqi şəxslərin ümumi əmanəti isə 92 milyon 535 min manat çoxdur.
“Yapı Kredi Bank”ın faiz gəlirləri rəqibindən 15 milyon 144 min manat çox, faiz xərləri isə 4 milyon 279 min manat az olub. Nəticədə Qoç ailəsinin bankı 30 milyon 911 min manat xalis faiz gəliri əldə edib ki, bu da “Ziraat Bank”dan 21 milyon 301 min manat çoxdur. “Yapı Kredi Bank”ın qeyri-faiz gəliri “Ziraat Bank”dan 6 milyon 196 min manat, qeyri-faiz xərcləri isə 6 milyon 436 min manat çox olub. Nəticədə “Yapı Kredi Bank” əməliyyat mənfəətinə görə “Ziraat Bank”ı 11 milyon 61 min manat gerdiə qoyub.
Xalis mənfəəti “Yapı Kredi Bank”dan 738 min manat çox olan Türkiyənin dövlət bankının mənfəət vergisi 527 min manat, “Yapı Kredi Bank”ın isə 781 min manat olub.
Məcmu kapitalın məbləğinə görə “Yapı Kredi Bank” rəqibi “Ziraat Bank”ı 3 milyon 688 min manat üstələyib.
Qeyd edək ki, “Yapı Kredi Bank”ın Müşahidə şurasının sədri Gökhan Erün, İdarə Heyətinin sədri isə Cenk Yükseldir.“Ziraat Bank”ın isə Müşahidə Şurasının sədri Bilgehan Kuru, İdarə Heyətinin sədri isə Avni Demircidir.