“Bank Respublika və “Rabitə Bank” Azərbaycanda fəaliyyət göstərən banklar arasında sağlam rəqabət aparan banklar arasındadır. Hər iki bankın özünəməxsus məhsulu və maliyyə sektorunda ciddi bazar payı var. “Bank Respublika və “Rabitə Bank”ın sağlam rəqabətini nəzərə alaraq sözügedən bankların maliyyə göstərcilirərini müqayisə etdik. Hesabatlara görə “Rabitə Bank” rəqibindən əsas göstəricilərdə geridə qalıb.
“Kommersant.az” analitika saytı olaraq hər iki bankın maliyyə göstəricilərini və arada olan fərqi təqdim edirik:
Madələr
Bank Respublika
Rabitə Bank
Cəmi aktivlər
1.034,039
830,916
Cəmi öhdəlik
953,146
732,201
Cəmi kapital
80,892
98,715
Xalis kreditlər
429,840
400,175
İstehlak kreditləri
59,709
109,801
Biznes kreditləri
332,832
243,016
İpoteka kreditləri
54,084
66,924
Depozit
689,626
546,172
Fiziki şəxlərin depozitləri
312,653
232,540
Hüquqi şəxslərin depozitləri
376,973
313,632
Faiz gəliri
72,967
46,173
Faiz xərcləri
27,463
11,572
Xalis faiz gəliri
45,504
34,601
Qeyri-faiz gəliri
26,006
13,953
Qeyri-faiz xərci
55,161
30,530
Əməliyyat mənfəəti/zərəri
16,349
18,024
Xalis mənfəəti/zərəri
6,021
2,180
Mənfəət vergisi
-
134
Məcmu kapitalı
83,893
103,437
Cədvəldə də qeyd olunduğu kimi “Bank Respublika”nın cəmi aktivləri “Rabitə Bank”dan 203 milyon 123 min manat çoxdur. Bunun 29 milyon 665 min manatı xalis kreditlərin payına düşüb. Belə ki, “Rabitə Bank”ın xalis kreditlərinin həcmi raqibindən 7.4% çox olub. “Rabitə Bank” kreditlər bölgüsündə istehlak keditlərinə görə “Bank Respublika”dan 50 milyon 92 min manat öndədir. “Bank Respublika” biznes kreditlərinə üstünlük verdiyinə görə sözügedən kredit növündə “Rabitə Bank”ı 89 milyon 816 min manat geridə qoyub. Daşınmaz əmlak kreditlərinə fokuslanmayan bankların arasında 12 milyon 840 min manat “Rabitə Bank”ın xeyrinə fərq yaranıb.
“Bank Respublika” depozit portfelinə görə rəqibini 143 milyon 454 min manat ötə bilib. Buna görə də banklar arasında 220 milyon 945 min manat öhdəliklər cəmində “Bank Respublika”nın xeyrinə fərq yaranıb. Depozitlər bölgüsündə “Rabitə Bank” rəqibindən fiziki şəxslərin əmanətlərinə görə 80 milyon 113 min manat, hüquqi şəxslərin əmanətlərinə görə isə 63 milyon 341 min manat geridə qalır.
“Bank Respublik” xalis faiz gəlirinə görə “Rabitə Bank”ı 10 milyon 903 min manat üstələsə də əmliyyat mənfəətində rəqibindən 1 milyon 675 min manat arxadadır. Bu dinamikanın nəticəsində “Bank Respublika”nın xalis mənfəəti “Rabitə Bank”dan 3 milyon 841 min manat çox olub.
“Rabitə Bank”ın məcmu kapitalı “Bank Respublika”dan 19 milyon 544 min manat çoxdur.
Qeyd edək ki, “Rabitə Bank”ın Müşahidə şurasının sədri Zakir Nuriyev, İdarə Heyətinin sədri isə Elçin Qədimovdur. “Bank Respublika”nın isə Müşahidə Şurasının sədri Şakir Rəhimov, İdarə Heyətinin sədri isə Tariyel İsmayılovdur.