Azərbaycan Mərkəzi Bankının 2020-ci ildə valyuta ehtiyatlarının idarə edilməsindən gəlirləri 93,65 milyon ABŞ dolları təşkil edib.
"Kommersant.az" xəbər verir ki,bu barədə Mərkəzi Bank məlumat yayımlayıb bankdan məlumat verilib.
Məlumata görə, 2019-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsindən gəlirləri 163,9 milyon ABŞ dolları təşkil edib. Beləliklə, AMB 2020-ci ildə ehtiyatların idarə olunmasından gəlirlərini 42,9% azaldıb.
"2020-ci il ərzində AMB-nin valyuta ehtiyatları 112 milyon ABŞ dolları və ya 1,8% - 6,4 milyard ABŞ dollarına qədər artıb. Bununla yanaşı, ötən il valyuta ehtiyatlarının idarə edilməsindən gəlirlər 93,65 milyon dollar təşkil edib", - deyə bankdan qeyd olunur.