Ölkənin ən böyük bankı Azərbaycan Beynəlxalq Bankının şöbələrindən birinə yeni müdir təyin edilib.
"Kommersant.az" xəbər verir ki, Nurxan Babayev Daxili kommunikasiya şöbəsinin müdiri təyin edilib. O, bu vəzifənin icrasına 2021-ci ilin martından start verib.
N.Babayev ABB-yə 2020-ci ilin mayında gəlib.
O, 2019-cu ilin oktyabrından 2020-ci ilin mayına qədər isə “Bank VTB (Azərbaycan)” QSC-nin İşçi heyətinin inkişafı, təlimi və motivasiyası şöbəsinin müdiri idi.