Azərbaycanda fəaliyyət göstərən bankların cəmi öhdəlikləri üzrə renkinqi bəlli olub.
"Kommersant.az" xəbər verir ki, cəmi öhdəliklər üzrə siyahıya 7 milyard 636 milyon 190 min manatla "Azərbaycan Beynəlxalq Bankı" liderlik edir. Dövlət bankının cəmi öhdəlikləri 2020-ci ilin sonunda 7 milyard 636 milyon 190 min manata bərabər olub. Siyahını 4 milyard 971 milyon 876 min manatla "Pasha Bank", 4 milyard 593 milyon 277 min manatla isə "Kapital Bank" davam etdirir. Ən az cəmi öhdəliyə sahib olan korporativ bank isə 88 milyon 556 min manatla "Bank Avrasiya" olub.
Retail banklar arasında isə "Bank Respublika" liderlik taxtını heç kimə təhvil verməyib. Belə ki, bankın öhdəliklər cəmi 953 milyon 146 min manata bərabər olub. Siyahının ikinci sırasında 760 milyon 30 min manatla "Access Bank", üçüncü sırasında isə 719 milyon 045 min manatla "Unibank" qərarlaşıb.
Ən az cəmi öhdəliklərə sahib retail bank isə 123 milyon 417 min manatla "Bank VTB Azərbaycan" olub.