USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankların cəmi kapital üzrə - RENKİNQİ

16.03.2021 Bank
0 0
Azərbaycan banklarının 2020-ci ilin sonuna olan göstəricilərinə görə cəmi kapitalının məbləği məlum olub.

"Kommersant.az" xəbər verir ki, bankların açıqladığı hesabatlara görə 2020-ci ildə ən çox kapital cəminə "Azərbaycan Beynəlxalq Bankı" sahib olub. Belə ki, ötən ilin sonunda dövlət bankının cəmi kapitalı 1 milyard 326 milyon 602 min manat olub. 634 milyon 195 min manatla "Kapital Bank" ikinci, 541 milyon 145 min manat cəmi kapitalla isə "Pasha Bank" üçüncü sırada qərarlaşıb.

Ən az cəmi kapitala sahib olan korporativ bank isə "Bank BTB" olub. Sözgedənbank həm də Azərbaycanda fəlaiyyət göstərən banklar arasında da ən az cəmi kapitala sahibdir. "Bank BTB" kapital cəmi 53 milyon 980 min manatla siyahıda sonuncu yerdə qərarlaşıb. 55 milyon 911 min manat cəmi kapitalla "Azər Türk Bank" siyahıda ikinci, 65 milyon 77 min manatla isə "Günay Bank" üçüncü yerdə dayanıb.

Ən çox cəmi kapitala sahib olan "Retail" bank isə "Rabitə Bank" olub. O, liderklik kürsüsünə 98 milyon 715 min manatla otura bilib. İkinci sıranı 96 milyon 766 min manatla "Uni Bank", üçüncü sıranı isə 95 milyon 824 min manatla "Access Bank" tuta bilib.

Ən az cəmi kapitala sahib olan "Retail" bank isə 57 milyon 84 min manatla "Yelo Bank" olub. İkinci sırada 63 milyon 924 min manatla "Bank VTB Azərbaycan", 76 milyon 398 min manatla isə "Bank of Baku" üçüncü sırada dayanıb.

Korporativ banklar arasında ən çox kapital artımı "Kapital Bank" da qeydə alınıb. Bankın cəmi kapitalı 1 il ərzində 209 milyon 142 min manat və ya 49.2% artaraq 634 milyon 195 min manata yüksəlib. Korporativ banklar araısnda ən çox azalma isə "Bank BTB"də olub. Belə ki, bankın cəmi kapitalı 1 il ərzində 9 milyon 991 min manat və ya 15.6% azalaraq 53 milyon 980 min manata enib.

Retail banklar arasında isə ən çox artım "Bank of Baku"da olub. Bankın cəmi kapitalı 1 il ərzində 12 milyon 391 min manat və ya 19.3% artaraq 76 milyon 398 min manata yüksəlib. Ən çox azalma isə 2 milyon 646 min manatla "Rabitə Bank"da olub. Bankın cəmi kapitalı 1 il ərzində 2.6% azalaraq 98 milyon 715 min manata düşüb.

Bankın Adı

Cəmi Kapital

2020 (IV Rüb)

2019 (IV Rüb)

Access Bank

95,824

94,341

AFB Bank

77,086

80,459

Azərbaycan Beynəlxalq Bankı

1.326,602

1.339,620

Azərbaycan Sənaye Bankı

104,144

99,652

Azər Türk Bank

55,911

55,600

Bank Avrasiya

71,147

69,716

Bank of Baku

76,398

64,007

Bank BTB

53,980 63,971

Bank Respublika

80,892

77,874

Bank VTB (Azərbaycan)

63,924

60,292

Express Bank

121,058

114,388

Günay Bank

65,077

64,376

Xalq Bank

436,788

419,729

Kapital Bank

634,195

425,053

Melli İran Bankı (Bakı filialı)

-

-

Muğan Bank

86,879

57,035

Naxçıvan Bank

91,626

83,505

Pakistan Milli Bankı (Bakı)

-

-

Paşa Bank

541,145

475,768

Premium Bank

180,506

127,966

Rabitə Bank

98,715

101,361

Turan Bank

80,435

74,781

Uni Bank

96,766

90,213

Yapı Kredi Bank (Azərbaycan)

81,924

81,261

Yelo Bank

57,084

67,191

Ziraat Bank (Azərbaycan)

74,130

71,195