Bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14530,5 milyon manat təşkil edib
"Kommersant.az" xəbər verir ki,Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-fevralda 2021-ci il yanvar ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14530,5 milyon manat təşkil etmişdir. Ümumi kredit portfelinin 12055,5 milyon manatı və ya 83,0 faizi uzunmüddətli kreditlərin payına düşmüşdür..
Həmçinin bildirilir ki,kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib