USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən çox depozitə sahib banklar - RENKİNQ

18.03.2021 Bank
0 0
Azərbaycanda fəaliyyət göstərən bankların açıqladığı hesabata əsasən ən çox və ən az depozitə sahib olan bankların siyahısı bəlli olub.

"Kommersant.az" xəbər verir ki, hesabatlara görə Ölkədə ən çox depozitə "Azərbaycan Beynəlxalq Bankı" sahib olub. Belə ki, 2020-ci ilin sonunda dövlət bankının əmanətləri 5 milyard 549 milyon 577 min manat olub. 4 milyard 14 milyon 761 min manatla isə "Pasha Bank" ikinci sırada qərarlaşıb. "Kapital Bank" isə 3 milyard 805 milyon 619 min manatla üçüncü yeri tuta bilib.

Korporativ banklar arasında isə ən az depozitlərə "Bank Avrasiya" sahib olub. Xatırladaq ki, bu bank bir çox renkiqlərdə ən son sırada dayanır. Bankın əmanətlərinin həcmi 2020 -ci ilin sonunda 44 milyon 28 min manat təşkil edib. Ən az əmanətlər masasının 2-ci stulunda "Günay Bank" dayanıb. Bankın depozit portfeli 94 milyon 488 min manata bərabər olub. Masadakı üçüncü yeri 110 milyon 568 min manatla "AFB Bank" sahiblənib.

"Retail" banklar arasında ən çox depoziti "Bank Respublika" toplaya bilib. Bankın depozit portfeil 686 milyon 626 min manat olub. Onu 627 milyon 561 min manatla "Access Bank", 546 milyon 172 min manatla isə "Rabitə Bank" izləyir.

"Retail" banklar arasında ən depozit portfelinə isə 75 milyon 305 min manatla "Bank VTB" sahib olub. Siyahını ikinci yerdə 118 milyon 656 min manatla "Express Bank", üçüncü yerdə isə142 milyon 162 min manatla isə "Nacçıvan Bank" qərarlaşıb.

Qeyd edək ki, renkinqin hazırlanmasında ölkəmizdə fəaliyyət göstərən xarici dövlət bankları (Bank Melli İran və Pakistan Milli Bankı) nəzərə alınmayıb.

Bankın Adı

Əmanətlər

2020 (IV Rüb)

2019 (IV Rüb)

Access Bank

627,561

660,960

AFB Bank

110,568

379,425

Azərbaycan Beynəlxalq Bankı

5.549,577

5.635,108

Azərbaycan Sənaye Bankı

639,932

715,127

Azər Türk Bank

179,940

180,284

Bank Avrasiya

44,028

53,821

Bank of Baku

193,485

183,222

Bank BTB

139,347

133,344

Bank Respublika

689,626

1.099,825

Bank VTB (Azərbaycan)

75,305

58,964

Express Bank

118,656

174,220

Günay Bank

94,488

81,569

Xalq Bank

1.590,491

1.714,934

Kapital Bank

3.805,619

3.235,996

Melli İran Bankı (Bakı filialı)

-

-

Muğan Bank

278,681

334,721

Naxçıvan Bank

142,162

95,567

Pakistan Milli Bankı (Bakı)

-

-

Paşa Bank

4.014,761

3.585,424

Premium Bank

431,118

470,845

Rabitə Bank

546,172

500,871

Turan Bank

280,232

238,092

Uni Bank

522,367

530,732

Yapı Kredi Bank (Azərbaycan)

247,983

320,826

Yelo Bank

235,158

314,245

Ziraat Bank (Azərbaycan)

151,868

85,641