Azərbaycanda fəaliyyət göstərən bankların istehlak kreditləri üzrə renkinqi bəlli olub. Azərbaycanda fəaliyyət göstərən banklar arasında 9 bankın digərlərinə nisbətən natamam maliyyə hesabatı verdiyinə görə onların istehlak kreditlərinin həcmini müəyyən etmək mümkün olmayıb. Buna görə də, “Azərbaycan Sənaye Bankı”, “Bank BTB”, “Xalq Bank”, “Bank Melli İran”, “Naxçıvan”, “Paskistan Milli Bankı”, “Pasha Bank” “Yelo Bank” və “ZiraatBank” istehlak kreditləri üzrə renkinqdə yer almayıb.
"Kommersant.az" xəbər verir ki, korporativ banklar arasında ən çox istehlak kreditlərini “Kapital Bank” verib. Onun isteh kreditlərinin həcmi 2020-ci ilin sonunadək 1 milyard 365 milyon manat olub. “Azərbaycan Beynəlxalq Bankı” (dövlət bankı) isə 2020-ci ilin sonunadək 599 milyon 930 min istehlak kreditləri ilə siyahıda ikinci yeri, 42 milyon 243 min manatla isə “Azər Türk Bank” (dövlət bankı) üçüncü yeri tutub.
Ən az istehlak krediti verən korporativ bank isə 2 milyon 200 min manatla “Günay Bank” olub. Onu 2 milyon 358 min manatla “Premium Bank”, 7 milyon 496 min amantla isə “Bank Avrasiya” izləyir.
Retail banklar arasında isə 308 milyon 339 min manatla “Uni Bank” liderlik kreslosuna əyləşə bilib. İkinci sırada 229 milyon 712 min amantla “Bank of Baku”, üçüncü sırada isə 114 milyon 23 min manatla “Express Bank”qərarlaşıb.
Ən az istehlak krediti verən Retail bank isə 20 milyon 855 min manatla “Bank VTB” (Azərbaycan) olub. Onu 49 mliyon 5 min manatla "Turan Bank" izləyir.
Korporativ banklar arasında istehlak kreditlərini ən çox "Azərbaycan Beynəlxalq Bankı" artırıb. Belə ki, dövlət bankının istehlak kreditləri 1 il ərzində 91 milyon 177 min manat artaraq 599 milyon 930 min manata yüksəlib.
Ən çox azalma isə 7 milyon 791 min manatla "Yapı Kredi Bank"da olub. Renkinqlərə istinadən bildirə bilərik ki, Qoç ailəsinə məxsus bankın Azərbaycandakı fəaliyyəti digər korporativ banklarla müqayisədə çox aşağıdır.
İstehlak kreditlərini ən çox artıran "Retail" bank isə "Uni Bank" olub. O, sözügedən kreditlərin həcmini 17 milyon 967 min manat və ya 6.2% artırıb.
Ən çoz azalma isə 17 milyon 504 min manatla "Bank Respublika"da qeydə alınıb.