Naxçıvanda təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb.
Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumatda, cari ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə verilən kreditlərin həcmi açıqlanıb.
Belə ki, bu dövrdə qeyd edilən sahələrə ümumilikdə 31 milyon 8 min 200 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 12,1 faiz çoxdur.
Verilmiş kreditlərin 6 milyon 850 min 600 manatı və yaxud 22,1 faizi qısamüddətli, 24 milyon 157 min 600 manatı və yaxud 77,9 faizi uzunmüddətli kreditlər olub.