Azərbaycanda fəaliyyət göstərən bankların biznes kreditləri üzrə renkinqi bəlli olub.
"Kommersant.az" xəbər verir ki, 2020-ci ildə ən çox biznes kreditini "Azərbaycan Beynəlxalq Bankı" verib. Dövlət bankının biznesmenlərə verdiyi kreditin həcmi 1 milyard 323 milyon 360 min manat olub. Onu ikinci sırada 539 milyon 499 min manatla "Premium Bank", üçüncü sırada isə 587 milyon 477 min manatla "Kapital Bank" izləyir.
Ən az biznes kreditini verən bank isə 58 milyon 486 min manatla "Express Bank" liderlik kürsüsünə əyləşib. İkinci sırada 61 milyon 810 min manatla "Azər Türk Bank", üçüncü sırada isə 63 milyon 130 min manatla "Bank Avrasiya" dayanıb.
Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı”, “Bank BTB”, “Xalq Bank”, “Bank Melli İran”, “Naxçıvan”, “Paskistan Milli Bankı”, “Pasha Bank” “Yelo Bank” və “ZiraatBank”ın natamam hesabatlarına görə onların biznes kreditlərinin məbləğini hesablamaq mümkün olmayıb.